...

Bank Melli İran bankının Bakı filialı yerli plastik kartların emissiyasına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2009 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr / Trend , müxbir N.İsmayılova/

Bank Melli İran bankının Bakı filialı yerli plastik kartların emissiyasına başlayıb, filialın direktor müavini Anar İbrahimov cümə günü deyib.

"Kartın sınaqdan keçirilməsi artıq sentyabrda başlayıb, lakin onların tam qiymətli emissiyasına oktyabrın ortalarında başlanıb", - İbrahimov deyib.

Onun sözlərinə görə, bu, yeni məhsul olduğuna görə, bank risklərin azaldılması məqsədilə plastik kartların emissiyasını kəskin artırmaq niyyətində deyil.

"Bank kartların emissiyasını 3 mərhələdə genişləndirəcək. Birinci mərhələdə bankın əməkdaşlarını kartla təmin etmək planlaşdırılır. Bank artıq bu prosesin həyata keçirilməsinə başlayıb", - İbrahimov deyib.

Onun sözlərinə görə, ikinci mərhələdə dövlət nümayəndəliklərinin və İranın Azərbaycandakı müəssisələrinin işçilərini plastik kartlarla təmin etmək nəzərdə tutulur. Üçüncü mərhələdə digər maraqlanan şəxslərə də kartlar təqdim ediləcək.

"Bank hazırda iki valyutada - manat və dollarda kartlar üzrə əməliyyat aparır. Bazarda avroda kartlar üzrə əməliyyata böyük tələbat olmasını nəzərə alaraq bank bu əməliyyatların tətbiq edilməsini gözdən keçirir", - İbrahimov deyib.

Bank Milli İran emissiyaya qədər Azərbaycanda öz bankomatlarını və POS terminallarını quraşdırıb.

Bank, İran Milli Bankının filialı olduğuna görə onun fəaliyyəti müəyyən səviyyədə məhduddur. Buna görə də Bank Melli İran müştərilərə MasterCard və Visa beynəlxalq ödəmə sisteminin dəstəklədiyi plastik kartlar təqdim edə bilmir. Bununla əlaqədar olaraq, bankın məqsədi yalnız lokal kartlarla xidmət olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti