...

AYİB Azərbaycan üçün 2010-cu ildə ÜDM artımı proqnozunu 1,9 faiz artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2010 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar / Trend , müxbir N.İsmayılova/

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan üçün 2010-cu ildə ÜDM artımı proqnozunu əvvəl elan edilmiş 7,1 faizdən 9 faizədək artırıb, beləliklə artım tempinə dair gözləntilər 1,9 faiz artıb. Bu barədə Bankın məlumatında deyilir.

Avropa Bankı 2011-ci il üzrə ÜDM-in artım tempini 8% səviyyəsində proqnozlaşdırır. 2010-2011-ci il üçün olan bu proqnozlar regionda Türkmənistan üzrə proqnozlardan sonra (2010-cu il üçün 14%, 2011-ci il üçün 13%) gəlir.

Şərqi Avropa və Qafqaz ölkələri regionu üzrə ÜDM-in orta artımı 2010-cu il üçün 4%, 2011-ci il üçün isə 4,2% səviyyəsində proqnozlaşdırılıb. AYİB-in bu ölkələr qrupu üçün 2010-cu ilə olan ÜDM-in artmı üzrə ilkin proqnozları 3,1% təşkil edib.

Keçid iqtisadiyyatı olan bütün ölkələr üçün orta artım göstəricisi 2010-cu il üçün 3,3%, 2011-ci il üçün isə 3,8% təşkil edir. Bank əvvəllər bu göstəricini cari il üçün 2,5% səviyyəində proqnozlaşdırmışdı.

Xəbər lenti

Xəbər lenti