...

İki il ərzində Azərbaycana turist axını 41 faiz artıb - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2010 14:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir Ü.İsmayılova/

Dünya maliyyə böhranı ilə əlaqədar yaranmış vəziyyətə baxmayaraq, Azərbaycanda turist axını ilə bağlı kifayət qədər yüksək göstərici təmin olunub ki, bu da ölkə rəhbərliyinin düzgün iqtisadi və sosial siyasətindən, həmçinin, turizm sahəsinin düzgün inkişaf istiqamətindən irəli gəlir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev belə hesab edir.

Onun sözlərinə görə, 2008-ci ildə Azərbaycana turist axınında artımın 40 faiz olduğunu nəzərə alsaq, demək olar ki, son iki ildə ölkəyə turist axını 41 faiz artıb və "Bu mühüm göstərici Ümumdünya Turizm Təşkilatı tərəfindən ən yaxşı göstərici kimi qəbul olunub".

Azərbaycan iqtisadiyyatında turizm sektorunun payından danışan nazir deyib ki, xüsusi çəkinin müəyyən olunması turizm obyektlərinin fəaliyyətindən asılıdır, eyni zamanda, qeydə alınmamış turizm obyektlərinin olmasına görə bütün statistik məlumatlar əks edilmir.

"Azərbaycan iqtisadiyyatında turizm sektorunun xüsusi çəkisinin dəqiq rəqəmini 2014-cü ildə, turizmin inkişafı üzrə Dövlət Proqramının reallaşması başa çatdıqdan, həmçinin, statistikanın müəyyən olunması sisteminin təkmilləşdirilməsindən sonra demək mümkün olacaq", - nazir bildirib.

Xəbər lenti

Xəbər lenti