PremiumMinskdə Azərbaycanın məişət mallarının Belarusa ixracının genişləndirilməsi perspektivləri müzakirə olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2010 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir N.İsmayılova/

Aprelin 19-21-də Minskdə Azərbaycan və Belarus biznes birliklərinin nümayəndələri arasında görüşlər keçiriləcək. Bu barədə bazar ertəsi Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Belarus Ticarət Nazirliyi tərəfindən keçirilən görüşlərdə məqsəd Azərbaycanın məişət mallarının ixrac imkanlarının genişləndirilməsidir.

Görüşlər çərçivəsində kənd təsərrüfatı və qida sənayesi sahəsində fəaliyyət göstərən Azərbaycan və Belarus şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunacaq. Həmçinin, Azərbaycan şirkətlərinin istehsal etdikləri məhsullar Belarus sahibkarlarına təqdim olunacaq.

Görüşlərdə Azərbaycan tərəfdən Naxçıvan biznes birliklərinin nümayəndələri də daxil olmaqla, 11 iş adamı iştirak edir. Səfər zamanı azərbaycanlı sahibkarlar Belarus Ticarət Nazirliyində olacaq, bu ölkənin iş adamları ilə əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparacaqlar.

Xəbər lenti

Xəbər lenti