Gürcüstan, Tbilisi, 29 aprel /Trend, müxbir N.Kirsxaliya/
Azərbaycan hökumətinin Tbilisidəki nümayəndə heyəti Gürcüstandakı Azərbaycan şirkətlərinin işçiləri ilə görüş keçirib. Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Gürcüstan paytaxtındakı Azərbaycan şirkətlərinin 20 filialının rəhbərləri ilə görüşüb.
Görüş bağlı qapılar arxasında keçirilib.
Tbilisidəki görüş iştirakçılarının şənbə günü Trend-ə bildirdiyi kimi, Azərbaycan şirkətlərinin nümayəndələri naziri Gürcüstanda şirkətlərinin əldə etdikləri nailiyyətlər və ölkədə iş şəraiti ilə tanış ediblər. Biznesmenlər onlara Gürcüstandakı fəaliyyətləri ərzində baş verən texniki problemlər barədə məlumat veriblər.
Bu dəqiqələrdə Tbilisidəki "Redisson" mehmanxanasında Gürcüstan - Azərbaycan biznes-forumu başlayır. Forum Gürcüstan Milli Sərmayə Agnetliyinin və İnvestisiyanın Təşviqi və İdxalın İnkişaf Fondunun (AZPROMO) təşəbbüsü ilə keçirilir.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2009-cu ildə Azərbaycan və Gürcüstan arasında əmtəə dövriyyəsi 416,4 milyon dollar təşkil edib.