...

Azərbaycanda satışa çıxarılan sərinləşdirici içkilərin və dondurmaların keyfiyyəti üzrə monitorinqlər başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2010 18:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarını keyfiyyətsiz və insan orqanizmi üçün təhlükə törədə biləcək mallardan qorumaq üçün paytaxt və regionlarda fəaliyyət göstərən ticarət obyektlərində sərinləşdirici içkilər və dondurmaların keyfiyyətinin araşdırılması məqsədilə yoxlamalar aparacaq. Bu barədə nazirliyin məlumatında deyilir.

Məlumata görə, yay mövsümünün başlaması ilə əlaqədar ticarət obyektlərində sərinləşdirici içkilər və dondurmaların satışı artır. Yoxlamalar zamanı qanun pozuntusuna yol verdiyi aşkar edilən təsərrüfat subyektləri barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ticarət obyektlərində sərinləşdirici içkilər və dondurmaların satışı zamanı qanunvericiliyin tələblərinə əməl etməyi, istehlakçılara isə sərinləşdirici içkilər və dondurma alarkən diqqətli olmağı tövsiyə edir.

Xəbər lenti

Xəbər lenti