...

Azərbaycanın "Bank Respublika"sının səhmdarları Beynəlxalq Maliyyə Korporasiyası ilə kredit müqaviləsini təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2010 14:31 (UTC +04:00)
Azərbaycanın "Respublika" bankının səhmdarları növbəti ümumi iclasda Beynəlxalq Maliyyə Korporasiyasından 20 milyon dolların cəlb olunmasına dair kredit müqaviləsinin təsdiq edilməsi haqda qərar qəbul edib.
Azərbaycanın "Bank Respublika"sının səhmdarları Beynəlxalq Maliyyə Korporasiyası ilə kredit müqaviləsini təsdiqləyib

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Azərbaycanın "Respublika" bankının səhmdarları növbəti ümumi iclasda Beynəlxalq Maliyyə Korporasiyasından 20 milyon dolların cəlb olunmasına dair kredit müqaviləsinin təsdiq edilməsi haqda qərar qəbul edib.

Kredit vəsaitləri mikro, kiçik və orta sahibkarlığın gələcəkdə maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Bundan qabaq maliyyə korporasiyası artıq "Bank Respublika"ya kiçik və orta sahibkarlığın, həmçinin, dünya ticarətinə dəstək proqramı çərçivəsində ticarətin maliyyələşdirilməsi üçün kredit xətləri təqdim edib.

1992-ci ildən etibarən fəaliyyət göstərən "Bank Respublika" hazırda Azərbaycanın aparıcı banklarındandır. Bankın səhmdarları sırasında "25% + 1 səhm" paketinə malik Almaniyanın 2 böyük maliyyə təşkilatı təmsil olunur - KfW bank qrupunun üzvü DEG və Sparkassen-Finanzgruppe üzvü SIDT. Ölkə ərazisində bankın 33 filialı və şöbəsi fəaliyyət göstərir. "Bank Respublika" "Moody's Investors Service" beynəlxalq reytinq agentliyindən ona verilən "stabil" proqnozlu B2 reytinqinə malikdir.

Xəbər lenti

Xəbər lenti