...

Bakıda Qara və Xəzər dənizlərinin çirkləndirilməsinin qarşısının alınması üzrə seminar keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2010 16:30 (UTC +04:00)
Qara dəniz və Xəzəryanı ölkələrin dəniz administrasiyaları oktyabrın 18-22-də Bakıda TRACECA nəqliyyat dəhlizi çərçivəsində gəmilərin dənizləri çirkləndirməsinin qarşısının alınması (SASEPOL) üzrə layihənin həyata keçirilməsini müzakirə edəcəklər.
Bakıda Qara və Xəzər dənizlərinin çirkləndirilməsinin qarşısının alınması üzrə seminar keçiriləcək

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir Y.Ostapenko/

Qara dəniz və Xəzəryanı ölkələrin dəniz administrasiyaları oktyabrın 18-22-də Bakıda TRACECA nəqliyyat dəhlizi çərçivəsində gəmilərin dənizləri çirkləndirməsinin qarşısının alınması (SASEPOL) üzrə layihənin həyata keçirilməsini müzakirə edəcəklər.

Bu məqsədlə Azərbaycanın paytaxtında gəmilərdən çirkləndirilmənin qarşısının alınması üzrə Beynəlxalq Konvensiyanın (MARPOL) və onun altı əlavəsinin ratifikasiyası və həyata keçirilməsinə dair beşgünlük seminar baş tutacaq.

Dəniz daşımalarının təhlükəsizliyi, Qara və Xəzər dənizlərində gəmilərdən çirkləndirilmənin qarşısının alınması sahəsində vahid təhlükəsizlik idarəetmə sisteminin hazırlanması və əməkdaşlıq layihəsi Avropa İttifaqının 3,4 milyon avroluq büdcə ilə maliyyələşdirdiyi layihədir. Layihənin 2011-ci ilin avqustunda başa çatdırılması planlaşdırılır.

Layihə dəniz nəqliyyatı Qara dəniz və Xəzəryanı ölkələrdə - Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan və Ukraynada təhlükəsizlik və ekoloji müdafiə üzrə beynəlxalq norma və konvensiyaların qəbul edilməsi prosesinin təkmilləşdirilməsinə yönəlib.

Bu layihənin birinci treninqində milli dəniz administrasiyalarının nümayəndələri, Azərbaycan, Gürcüstan və Ukrayna liman administrasiyaları, eləcə də layihənin Qara dəniz komissiyası və TRACECA-dan olan təşkilatçılar iştirak edəcəklər.

Bu treninqin məqsədi SASEPOL-un (Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Ukrayna, Bolqarıstan, Rumıniya və Türkiyə) birbaşa və köklü benefisarlarının MARPOL Konvensiyasının ratifikasiya edilməsinə, həyata keçirilməsinə olan çağırışdan ibarətdir.

Xəbər lenti

Xəbər lenti