...

Azərbaycanda ət satışı bazarında monitorinqlər keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2010 20:30 (UTC +04:00)
Qurban bayramı ilə əlaqədar, ətə tələbatın artmasını nəzərə alaraq, süni qiymət artımının qarşısının alınması məqsədilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakıda və regionlarda ətin qiymətinin gündəlik monitorinqini keçirəcək.
Azərbaycanda ət satışı bazarında monitorinqlər keçiriləcək

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir N.İsmayılova/

Noyabrın 16-17-də müsəlman aləmində, o cümlədən Azərbaycanda Qurban bayramı qeyd ediləcək. Qurban bayramı ilə əlaqədar, ətə tələbatın artmasını nəzərə alaraq, süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakıda və regionlarda ətin qiymətinin gündəlik monitorinqini keçirəcək. Bu barədə nazirliyin bazar ertəsi yayılan məlumatında deyilir.

Monitorinqlər zamanı süni qiymət artımına yol verdiyi aşkar edilən təsərrüfat subyektləri barəsində qanunvericiliyə müvafiq tədbirlər görüləcək.

Bununla əlaqədar, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ət satışını həyata keçirən təsərrüfat subyektlərini süni qiymət artımına yol verməməyə çağırır.

Xəbər lenti

Xəbər lenti