...

İrakli Ezuqbaya "Gürcüstan Dəmir Yolları"nın baş direktoru postunda qalacaq - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Noyabr 2010 19:47 (UTC +04:00)
"Gürcüstan Dəmir Yolları" MMC-nin rəhbəri İrakli Ezuqbaya öz postunda qalacaq.
İrakli Ezuqbaya "Gürcüstan Dəmir Yolları"nın baş direktoru postunda qalacaq - nazir

Gürcüstan, Tbilisi, 18 noyabr /Trend, müxbir N.Kirsxaliya/

"Gürcüstan Dəmir Yolları" MMC-nin rəhbəri İrakli Ezuqbaya öz postunda qalacaq. Bu barədə Gürcüstanın iqtisadiyyat naziri Vera Kobaliya cümə axşamı bəyan edib.

"Ezuqbaya öz postunda qalacaq və dəmiryol adi rejimdə işləməyə davam edəcək", - nazir deyib.

Dünən Gürcüstan KİV-də "Gürcüstan Dəmir Yolları"nın baş direktoru İrakli Ezuqbayanın vəzifəsindən azad edildiyi və onun yerinə "İmedi" holdinqinin rəhbəri, sabiq iqtisadiyyat naziri Georgi Arveladzenin gələcəyi barədə məlumat yayılmışdı.

Xəbər lenti

Xəbər lenti