...

"Bank of Baku" Wikileaks-də dərc olunan məlumata aydınlıq gətirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2010 18:57 (UTC +04:00)

Azərbaycan, Baku, 30 noyabr /Trend/

"Bank of Baku" rəsmi bəyanatı ilə çıxış edərək 29 noyabr 2010-cu il tarixində "Wikileaks" sosial şəbəkəsi vasitəsilə çirkli pulların yuyulmasında iştirakı ilə əlaqədar yayımlanan məlumatı təkzib edir. Bu barədə çərşənbə axşamı bankın məlumatında deyilir.

Məqalədə "Bank of Baku" haqqında yayımlanan yeganə həqiqət ondan ibarətdir ki, Oromi ailəsi "Nab Dıs Ticaret" türk şirkəti vasitəsilə bankın təsisçilərindən biridir. Oromi ailəsinin üzvləri həm Azərbaycanda, həm də ölkədən kənarda tanınmış və nüfuzlu iş adamlarıdırlar, Azərbaycanda Oromi ailəsi 90-cı illərin ortalarından biznes ilə məşğuldur və hazırda, ticarət və xidmət sahələrində bir sıra müvəffəqiyyətli təşkilatların səhmlərinə sahibdir.

Həmçinin, "Bank of Baku" Cəmşid Mahmudoğlu adlı bir şəxsin (Jamsheed "Jushkar" Mahmudoglu) bankın səhmdarlarından birinin olması haqqında məlumatı da təkzib edir. "Bank of Baku" rəsmi olaraq bəyan edir ki, bu şəxs heç bir zaman bankın səhmdarı olmayıb. Səhmdarların siyahısı bankın korporativ saytında http://www.bankofbaku.com/az/shareholders.htmlhttp://www.bankofbaku.com/az/audit-reports.html ünvanında təqdim olunan audit hesabatlarında göstərilib.

Bundan əlavə, "Bank of Baku"nun heç bir qeyri-qanuni pul köçürmələrinə və ya istənilən digər qeyri-qanuni fəaliyyətə aidiyyəti yoxdur və bankın müştəriləri arasında Adil Şərabiani adlı şəxs heç zaman olmayıb. Bankın müştəriləri arasında Azərbaycan, MDB, Avropa ölkələri, ABŞ, İran və s. ölkələrin vətəndaşları var. Bankın müştərilərinin bütün əməliyyatları Azərbaycan Respublikasının qanunvericiliyinə, Azərbaycan Respublikası Mərkəzi Bankının normativ-hüquqi aktlarına ciddi surətdə uyğun olaraq həyata keçirilir. Bununla yanaşı, bank çirkli pulların yuyulmasına, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşməsinə qarşı yönəlmiş proseslərə xüsusi diqqət yetirir. Sonda "Bank of Baku" məlumatın mənbəsinə banka ölkənin ən peşəkar idarə olunan maliyyə strukturlarından biri kimi yüksək qiymət verdiyinə görə öz təşəkkürünü bildirir.

Məqalənin mahiyyəti onun mənbələrindən asılıdır. Müəllifin həmin məqalədə təsdiqi olmayan mənbələrə istinad etməsi etirafının nəticəsi olaraq, təqdim olunmuş məqaləyə etibarsızlıq və şübhə prizmasından baxılmalıdır. Şayiələrə əsaslanmış məlumat özü-özlüyündə şayiədir.

Orijinal məqalədən çıxarış:

"...According to widespread rumor... ...Please note that, while serious efforts have been made to cross-check the information below and ignore "indirect" claims, Iran watcher has no independent ability to verify these allegations... ...The information below should be interpreted in this context"

"...Geniş yayılmış şayiəyə əsasən...
... Xahiş edirik, nəzərə alasınız ki, aşağıda qeyd olunmuş məlumatın yenidən yoxlanılmasına və "dolayı" indikatorların/bildirişlərin iqnor olunmasına səy göstərildiyi halda, İran müşahidəçisinin bu bəyanların yoxlanılmasına heç bir imkanı yoxdur...

Xəbər lenti

Xəbər lenti