...

Bakı Fond Birjasında "Dövlət və İpoteka Fondunun qiymətli kağızları ilə bazar əməliyyatları" mövzusunda müzakirələr aparılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2010 20:09 (UTC +04:00)
"Dövlət və İpoteka Fondunun qiymətli kağızları ilə bazar əməliyyatları" mövzusunda ölkədə fəaliyyət göstərən və bazarda əsas investorlar kimi çıxış edən 20-dən çox aparıcı bankın və Azərbaycan Mərkəzi Bankı, Maliyyə Nazirliyi və İpoteka Fondunun nümayəndələrinin iştirakı ilə "dəyirmi masa" keçirilib.
Bakı Fond Birjasında "Dövlət və İpoteka Fondunun qiymətli kağızları ilə bazar əməliyyatları" mövzusunda müzakirələr aparılıb

Azərbaycan, Bakı, 23 dekabr /Trend/

Cümə axşamı Bakı Fond Birjasının (BFB) təşkilatçılığı ilə "Dövlət və İpoteka Fondunun qiymətli kağızları ilə bazar əməliyyatları" mövzusunda ölkədə fəaliyyət göstərən və bazarda əsas investorlar kimi çıxış edən 20-dən çox aparıcı bankın və Azərbaycan Mərkəzi Bankı, Maliyyə Nazirliyi və İpoteka Fondunun nümayəndələrinin iştirakı ilə "dəyirmi masa" keçirilib. Bu barədə birjanın cümə axşamı yaydığı məlumatda deyilir.

Bu gün banklar dövlət və ipoteka istiqrazları bazarında əsas investorlardır.

BFB-nin və Mərkəzi Bankın nümayəndələrinin dövlət qiymətli kağızlar bazarında mövcud maliyyə alətlərinə həsr olunmuş təqdimatları ilə başlayan "dəyirmi masa" daha sonra "investor-emitent-fond birjası" formatında müzakirələrlə davam edib. Əsas müzakirə predmeti dövlət qiymətli kağızlar bazarında investorların marağının daha da stimullaşdırılması və fəallığın artırılması olub. Xüsusilə, dövlət qiymətli kağızlarının gəlirliliyi, likvidliyin təminatı, əməliyyat xərcləri kimi məsələlər daha geniş müzakirələrə yol açıb.

Tədbirin sonunda analoji formatda görüşlərin mütəmadi şəkildə keçirilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti