...

Azərbaycan Sənaye Bankından böyük yenilik

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2011 17:38 (UTC +04:00)

Azərbaycan Sənaye Bankı və Best Comp şirkətinin birgə əməkdaşlığı nəticəsində www.bestel.az saytından komputer, komputer aksessuarları, televizor ve digər elektron avadanlıqların satın alınması zamanı malların ödənişini artıq sayt üzərindəki ASB Bankın virtual filialına kredit müraciəti edərək həyata keçirmək mümkündür.

Belə ki, məhsulu almaq istəyən müştərilər əvvəlcə www.bestel.az veb səhifəsində qeydiyyatdan keçirlər. Daha sonra istifadəçi adı və şifrə ilə daxil olduqları hesabları vasitəsilə seçdikləri malları satın almaq üçün səbətə əlavə edirlər. Müştərilər satın alınacaq malların seçimi əsnasında ASB Bankdan kredit götürəcəkləri təqdirdə ayda nə qədər ödəniş edəcəklərini tərtib edilmiş cədvəl formasında görə bilərlər. Buna əlavə olaraq müştərilər kredit müraciəti etmək istədikləri ASB Bank filialını da sayt üzərindən öz istəklərinə uyğun seçə biləcəklər.

Bu yeniliklə bərabər kreditlə məhsul almaq istəyən müştərilərimiz mağazaya gəlmədən satın almaq istədikləri malı www.bestel.az-dan seçərək, banka gəlmədən ASB Bankın virtual filialından kredit müraciətlərini edə biləcəklər.

Azərbaycan Sənaye Bankı müştərilərinə müasir bank xidmətləri göstərməyə, müştərilərin həyatını asanlaşdıran xidmətləri çeşitləndirməyə və artırmağa davam edəcəkdir.

Xatırladaq ki, "Azərbaycan Sənaye Bankı" 1996-cı ildən fəaliyyətə başlayıb. 2011-ci ilin mart ayının 1-nə bankın aktivlərinin həcmi 129.263 mln. manat, depozit portfeli 95.428 mln. manat, kredit portfeli 85.468 mln. manat, nizamnamə kapitalı 22.114 mln. manat təşkil edir.

Bankın respublika üzrə 8 filialı, 30 bankomatı və 294 POS-terminalı mövcuddur. Bankın plastik kartlarından istifadə edən müştərilərinin sayı 17.500-dən, cəmi müştərilərinin sayı isə 28.000-dən çoxdur.

Xəbər lenti

Xəbər lenti