...

Xankəndi şəhərində aeroportun açılmasının heç bir beynəlxalq hüquqi əsası yoxdur - AZAL

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Mart 2011 16:17 (UTC +04:00)
Azərbaycanın işğal olunmuş ərazilərində tikilən Xankəndi aeroportunun işinin heç bir beynəlxalq hüquqi əsası yoxdur.
Xankəndi şəhərində aeroportun açılmasının heç bir beynəlxalq hüquqi əsası yoxdur - AZAL

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın işğal olunmuş ərazilərində tikilən Xankəndi aeroportunun işinin heç bir beynəlxalq hüquqi əsası yoxdur. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyib.

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edildiyi beynəlxalq hüquqi normalar mövcuddur və bu aeroportun işinin də beynəlxalq hüquqi əsası olmalıdır", - Səfərli qeyd edib.

Azərbaycan artıq Beynəlxalq Mülki Aviasiya Təşkilatını həmin aeroportdan uçuşların həyata keçirilməsinə yol verilməməsi barədə məlumatlandırıb.

Ermənistan tərəfi mayda Xankəndi şəhərində aeroport açmağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti