...

Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2011 15:25 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0006 bənd (0,06 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə 0,79282 manat səviyyəsində müəyyən olunub.
Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Azərbaycan, Bakı, 2 aprel/Trend, müxbir N.İsmayılova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0006 bənd (0,06 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə 0,79282 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

14 mart

0,7933

28 mart

0,7932

15 mart

0,7933

29 mart

0,7929

16 mart

0,7933

30 mart

0,7927

17 mart

0,7932

31 mart

0,7927

18 mart

0,7932

1 aprel

0,7926

Həftə ərzində orta

0,79326

Həftə ərzində orta

0,79282

2011-ci il yanvarın 1-dən Mərkəzi Bankın dollar/manat məzənnəsinin ikitərəfli hədəfləmə siyasətinə keçidindən sonra milli valyutanın məzənnəsi sabitləşib. Makroiqtisadi analizlər göstərir ki, cari şəraitdə dollar/manat məzənnəsinin ikitərəfli hədəfləməsi Mərkəzi Bankın məqsədləri, xüsusilə də inflyasiyanın səviyyəsinə təsir göstərmək məqsədilə nisbətən daha çox razılaşdırılıb. Kommunikasiyalar nöqteyi-nəzərindən, bu mexanizm nəinki sərfəlidir, həm də uzunmüddətli perspektivdə AMB-yə sərbəst üzən məzənnə rejiminə keçməyə imkan verəcək.

Ötən həftənin yekununa əsasən, Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbəti 0,0007 bənd (0,07 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə bir ABŞ dolları üçün 0,79158 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): martın 28-də sövdələşmələr bağlanmayıb, buna görə məzənnə əvvəlki 0,7920 AZN/USD səviyyəsində qalıb, martın 29-da 0,7920 AZN/USD məzənnə ilə $2,58 mln., martın 30-da 0,7913 AZN/USD məzənnə ilə $11,17 mln., martın 31-də 0,7913 AZN/USD məzənnə ilə $2,24 mln., və aprelin 1-də 0,7913 AZN/USD məzənnə ilə $1,1 mln.

ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi:

14 mart

0,7922

28 mart

0,7920

15 mart

0,7919

29 mart

0,7920

16 mart

0,7920

30 mart

0,7913

17 mart

0,7932

31 mart

0,7913

18 mart

0,7920

1 aprel

0,7913

Həftə ərzində orta

0,79226

Həftə ərzində orta

0,79158

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Xəbər lenti

Xəbər lenti