...

"Caspian Financial" Azərbaycanda brokerlər renkinqində liderliyini qoruyub

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2011 20:56 (UTC +04:00)
Apreldə dövlət qiymətli kağızlar Bakı Fond Birjasının Analitik şöbəsinin hesablamalarına əsasən, brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə "Caspian Financial ltd" MMC başçılıq edib.
"Caspian Financial" Azərbaycanda brokerlər renkinqində liderliyini qoruyub

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 6 may /Trend/

Apreldə dövlət qiymətli kağızlar (DQK) bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) Bakı Fond Birjasının (BFB) Analitik şöbəsinin hesablamalarına əsasən, brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə "Caspian Financial ltd" MMC başçılıq edib. Şirkət bir müştəriyə 49,03 milyon manat məbləğində broker xidməti göstərib. Trend-in məlumatına görə, bu barədə birjanın cümə günü yaydığı məlumatda deyilir.

İkinci yeri iki müştəriyə ümumi məbləği 41,47 milyon manat xidmət göstərən "Respublika İnvest" tutub. Göstərilən xidmətlər üzrə üçüncü yerdə 16,17 milyon manatlıq məbləğlə "Yapi Kredi İnvest" MMC-dir.

2011-ci ilin mart ayı üzrə DQK bazarında göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi:

Xidmətlərin həcminə görə cari yeri

Xidmətlərin həcminə görə əvvəlki yeri

Brokerlər

Əqdlərin say

Müştərilərin sayı

Əməliyyatların həcmi (AZN)

1 ( - )

1

"Caspian Financial ltd" MMC

15

1

49 031 001,30

2 ( - )

2

"Respublika İnvest" MMC

15

2

41 466 364,98

3 (▲)

8

"Yapi Kredi İnvest" MMC

9

1

16 168 013,92

4 (▼)

3

"Brokdil-Az" MMC

6

1

13 000 603,79

5 (▼)

4

"Çelsi Kapital" MMC

11

7

11 077 864,86

6 (▲)

7

"Texnika Kapital Menecment" MMC

10

3

7 087 459,47

7 ( ▼ )

5

"BoB Broker" MMC

1

1

1 986 109,84

Mayın 6-na olan rəsmi məzənnə 0,791 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti