...

Azərbaycan MDB-nin Standartlaşdırma üzrə Dövlətlərarası Şurasının iclasında iştirak edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2011 19:29 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 11 may /Trend, müxbir H.Həsənov/

Xəzəryanı Türkmənbaşı şəhərində, Avaza turizm zonasında çərşənbə günü Müstəqil Dövlətlər Birliyinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının 39-cu iclası açılıb. Bu barədə təşkilatın məlumatında deyilir.

Forum iştirakçıları arasında Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan və Ukrayna nümayəndələri, eləcə də iri beynəlxalq təşkilatların, xüsusilə Beynəlxalq Standartlaşdırma Təşkilatınının (ISO), Beynəlxalq Elektrotexnika Komissiyasının, (IEC), Beynəlxalq Metrologiya İnstitutunun (COOMET) və digərlərinin müşahidəçiləri var.

Standartlaşdırma üzrə Dövlətlərarası Şura ISO tərəfindən Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Avrasiya Şurası (EASC) kimi tanınıb.

Standartlaşdırma üzrə Dövlətlərarası Şuranın işçi orqanı ekspert və Regional İnformasiya Mərkəzindən ibarət standartlar üzrə Bürodur.

Ötən il Türkmənistan Standartlaşdırma üzrə Dövlətlərarası Şuranın 2010-2011-ci illərdə sədri seçilib.

Xəbər lenti

Xəbər lenti