...

"Ernst&Younq" Azərbaycanın bank sistemi üçün yeni hesablar planı hazırlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2011 12:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyun /Trend/

Azərbaycan Mərkəzi Bankı (AMB) bank sistemi üçün yeni hesablar planı və onun tətbiqinə dair "Göstərişlər"in hazırlanması üzrə icraçı təşkilatın seçilməsi ilə bağlı keçirilmiş tenderin nəticəsinə görə "Ernst&Yanq Holdinqs (SiAyEs) Bi.Vi" şirkətini qalib elan edib. Trend-in məlumatına görə, bu barədə AMB-nin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Qalib şirkətlə müvafiq xidmətlərin göstərilməsinə dair müqavilə bağlanıb.

Tenderdə iştirak üçün iddiaçılar aşağıdakı tələblərə cavab verməli idi:

- konsaltinq və auditor şirkətləri azı 5 il fəaliyyət göstərməli və hüquqi və maddi baxımdan müstəqil olmalı,

- beynəlxalq maliyyə hesabtalılığına uyğun maliyyə sektorunda auditin tətbiqi və aparılması sahəsində böyük təcrübəyə malik olmalı,

- beynəlxalq maliyyə hesabtalılığı əsasında mühasibat uçotu və ya mərkıəzi banklar və ya kredit təşkilatları/maliyyə təşkilatları üçün hesablar planının hazırlanması/təkmilləşdirilməsi və tətbiqi üzrə böyük təcrübəyə malik olmalı,

- Azərbaycanın mühasibat uçotu və bank sektoru, o cümlədən beynəlxalq maliyyə hesabtalılığına uyğun maliyyə hesabatlılığının hazırlanması üzrə hərtərəfli informasiya üzrə müvafiq təcrübəyə və praktiki biliklərə malik olmalı.

Layihə üzrə işlər AMB-nin inzibati binasında keçiriləcək.

Layihənin həyata keçirilməsinə alışa dair müqavilə imzalanan andan 5 gün ərzində başlanacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti