...

Parabank "Müəllim günü" münasibətilə müsabiqə keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Sentyabr 2011 15:36 (UTC +04:00)
"Parabank" orta məktəbdən ali məktəbədək bütün təhsil müəssisələrinin tələbələrinə öz müəllimlərinin peşə bayramında onlara 1000 manat həcmində hədiyyə almaq imkanı yaradır.
Parabank "Müəllim günü" münasibətilə müsabiqə keçirir

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan bankı "Parabank" orta məktəbdən ali məktəbədək bütün təhsil müəssisələrinin tələbələrinə öz müəllimlərinin peşə bayramında onlara 1000 manat həcmində hədiyyə almaq imkanı yaradır. Trend-in məlumatına görə, bu barədə bankın cümə axşamı yaydığı məlumatda deyilir.

Müsabiqənin şərtləri:

- "Müəllim günü"nə həsr edilmiş orijinal açıqça yazın və "Teachers day" (!) mövzusu göstərilən [email protected] elektron poçtunun ünvanına göndərin;
- Açıqca bütün sinfin/qrupun, həmçinin tək şagirdin/tələbənin adından yazıla bilər. Hər iki halda məktubda müəllimin S.A.A., təhsil müəssisəsinin adı, sinif/qrup, yazanın S.A.A. ayrıca göstərilməlidir:
- Təbriki yazan heç bir internet resurslardan və digər köməkçi vasitələrdən istifadə etmədən açıqcasını yazmalıdır;
- Təbrik təhsil alınan dildən asılı olaraq müvafiq surətdə yazıla bilər;
- Bir sinif/qrup, şagird/tələbə adından yalnız bir (bizim ixtiyarımızda) təbrik ayrıca müəllimin adına qəbul edilir.

Mükafat iki ən orijinal təbrik arasında bərabər hissələrlə bölüşəcək.

Xəbər lenti

Xəbər lenti