...

Koreya Azərbaycana torpaq kadastrı məlumatlarının idarə olunması sisteminin yaradılmasında kömək edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2011 13:10 (UTC +04:00)
Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi Azərbaycanda torpaq kadastrı məlumatlarının idarə olunması sisteminin və coğrafi informasiya sistemlərinin yaradılması çərçivəsində texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına başlayıblar.
Koreya Azərbaycana torpaq kadastrı məlumatlarının idarə olunması sisteminin yaradılmasında kömək edir

Azərbaycan, Bakı, 1 noyabr / Trend müxbir A.Axundov /

Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi Azərbaycanda torpaq kadastrı məlumatlarının idarə olunması sisteminin və coğrafi informasiya sistemlərinin yaradılması çərçivəsində texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına başlayıblar.
Trend-in məlumatına görə, bu barədə Komitənin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

"Hazırda texniki parametrlərin və bu layihə çərçivəsində yerinə yetirilməli olan işlərin həcminin qiymətləndirilməsi aparılır, digər parametrlər də müzakirə olunur. TİƏ-nin hazırlanması işlərinə də başlanılıb", - Komitənin məlumatında deyilir.

Dünən Komitənin nümayəndə heyəti coğrafi informasiya sistemlərinin tətbiqi üzrə 15-ci Beynəlxalq konfransda və geodeziya, xəritəçəkmə və kadastr sahəsində yüksək texnologiyalardan istifaadəyə həsr edilmiş "Smart Korea 2011" adlı beynəlxalq tədbirdə iştirak etmək üçün Koreyaya yola düşüb.

2009-cu il iyunun 23-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi 1,5 milyon dollar həcmində qrant sazişi imzalayıblar. "Azərbaycanda torpaq kadastrı sisteminin təkmilləşdirilməsi" layihəsi çərçivəsində qrant sazişi 18 ay müddətinə imzalanıb.

Xəbər lenti

Xəbər lenti