...

Yaya qədər Bakıda nəqliyyatı intellektual idarəetmə sistemi tam gücü ilə işləyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Yanvar 2012 19:17 (UTC +04:00)
2012-ci ilin ortalarına qədər Bakıda nəqliyyatı intellektual idarəetmə sistemi tam gücü ilə işləyəcək.
Yaya qədər Bakıda nəqliyyatı intellektual idarəetmə sistemi tam gücü ilə işləyəcək

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir E.İsmayılov/

2012-ci ilin ortalarına qədər Bakıda nəqliyyatı intellektual idarəetmə sistemi tam gücü ilə işləyəcək. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib.

Dəyəri 95 milyon dollardan artıq olan nəqliyyatın intellektual idarəetmə sistemi ötən ilin dekabrında işə salınıb.

Həsənovun sözlərinə görə, hazırda sistem normal rejimdə işləyir, lakin o, tam gücü ilə ilin ortalarında fəaliyyət göstərməyə başlayacaq.

"Sistem yenidir və ilin ortalarında o, tam gücü ilə işləyəcək" , - Həsənov qeyd edib.

Bakıda sistemin işə salınması birinci mərhələdədir. İkinci və üçüncü mərhələlərdə sistem Abşeron yarımadasını, eləcə də ölkənin bütün iri avtomobil magistralları və yollarını əhatə edəcək.

Bütün üç mərhələ işə salındıqdan sonra sistem Bakıdakı mərkəzdən idarə ediləcək.

Sistemin yaradılması Bakının küçələrində yerləşdirilən 664 ədəd informasiya terminalı və 48 ədəd informasiya lövhəsinin quraşdırılmasını nəzərdə tuturdu. Sistemin tətbiqi çərçivəsində avtobus dayanacaqları üçün 639-a yaxın, taksilər üçün 140-a yaxın meydançanın yaradılması planlaşdırılırdı.

Xəbər lenti

Xəbər lenti