...

BVF 2012-ci ilin ortalarında Azərbaycanın maliyyə sektorunun qiymətləndirilməsini aparacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2012 18:57 (UTC +04:00)
Beynəxalq Valyuta Fondunun (BVF) missiyası FSAP çərçivəsində Azərbaycanın maliyyə sektorunun qiymətləndirilməsini aparmaq üçün 2012-ci ilin ortalarında və ya üçüncü rübündə Bakıya gələcək.
BVF 2012-ci ilin ortalarında Azərbaycanın maliyyə sektorunun qiymətləndirilməsini aparacaq

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir N.İsmayılova/

Beynəxalq Valyuta Fondunun (BVF) missiyası FSAP (Financial Sector Assessment Program) çərçivəsində Azərbaycanın maliyyə sektorunun qiymətləndirilməsini aparmaq üçün 2012-ci ilin ortalarında və ya üçüncü rübündə Bakıya gələcək.

Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə BVF-in ölkə üzrə missiyasının rəhbəri, Yaxın Şərq və Mərkəzi Asiya üzrə Departamentində (MCD) şöbə direktorunun müavini Nədim İlahi bildirib.

Onun sözlərinə görə, BVF Azərbaycan hökuməti ilə FSAP proqramı çərçivəsində qiymətləndirmənin aparılması məsələsini müzakirə edib. Əvvəllər ölkə hökuməti müvafiq sorğu ilə BVF-ə müraciət edib və təşkilat sorğunu bəyənib.

"Missiyanın gəlişinə qədər bir sıra materialları hazırlamaq lazımdır. Bunun üçün də bizə təxminən 6 ay tələb olunacaq. Buna görə də missiyanın gəlişi ilin ortalarında və ya üçüncü rübdə mümkün ola bilər", - İlahi qeyd edib.

Onun sözlərinə görə, yaxın vaxtlarda bu məsələlər həll olunacaq. BVF və Dünya Bankı (DB) tərəfindən bu proqram çərçivəsində ilk qiymətləndirmə 2003-cü ildə keçirilib.

Birinci qiymətləndirmədən sonra "Banklar haqqında", "Milli Bank haqqında" qanunlar, çoxsaylı normativ aktlar qəbul edilib. Bu qanunların qəbulu FSAP-in birinci mərhələ üzrə qiymətləndirməsində göstərilən nöqsanların aradan qaldırılmasına kömək edib.

Azərbaycanın maliyyə sektorunun qiymətləndirilməsi proqramı çərçivəsində DB və BVF mütəxəssisələri stress-testlər (göstəricilərin aşağı düşməsində davranışın iqtisadi modelləşdirilməsi və simulyasiyası) keçiriblər. Bu testlər ölkənin bank sisteminin ümumi göstəricilərinin azalması riskinə yüksək qarşıdurma qabiliyyətini aşkarlayıb. Testlər göstərib ki, göstəricilərin 50-70 faiz (ən pis hal) pisləşməsində belə, bank sistemi kapitalın sıfır səviyyəsinə enməyəcək, onun aktivləri isə öhdəliyi ötəcək ki, bu da yaxşı göstəricidir.

Xəbər lenti

Xəbər lenti