...

Azərbaycanın "Atəşgah" sığorta şirkəti 100 min dollarlıq birdəfəlik sığorta ödənişi həyata keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2012 13:37 (UTC +04:00)
Azərbaycanın sığorta bazarının liderlərindən biri olan "Atəşgah" Sığorta Şirkəti fərdi qəza sığortası üzrə iri sığorta ödənişi həyata keçirib.
Azərbaycanın "Atəşgah" sığorta şirkəti 100 min dollarlıq birdəfəlik sığorta ödənişi həyata keçirib

Azərbaycan, Bakı, 15 fevral / Trend/

Azərbaycanın sığorta bazarının liderlərindən biri olan "Atəşgah" Sığorta Şirkəti fərdi qəza sığortası üzrə iri sığorta ödənişi həyata keçirib. Trend-in məlumatına görə, bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir.

Sığorta ödənişinin məbləği 80 min manat təşkil edib və "Atəşgah" SŞ-də sığortalanan şəxsin bədbəxt hadisə nəticəsində vəfatından sonra onun ailəsinə (həyat yoldaşı və övladlarına) təqdim edilib.

Müştərilərin maliyyə təminatını həyata keçirmək üçün "Atəşgah" SŞ onlara etibarlı və sərfəli sığorta növü sayılan Fərdi Qəza Sığortasını təklif edir.

Fərdi Qəza Sığortası polisini əldə etməklə 24 saat ərzində bədbəxt hadisələr səbəbindən yarana biləcək bütün nəticələrdən (iş qabiliyyətinin tam, qismən və müvəqqəti itirilməsi; bədbəxt hadisə nəticəsində tibbi xərclər; bədbəxt hadisə nəticəsində ölüm) sığortalanmaq olar.

Xatırladaq ki, Fərdi Qəza Sığortası (Bədbəxt hadisələrdən sığorta) ilə yanaşı "Atəşgah" SQ müştərilərinə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta xidmətini də təklif edir. Bu sığorta xidməti sığortaolunanın iş qrafiki ilə məhdudlaşır və iş yerində baş verən bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətinin itirilməsi, əlillik və ölüm kimi riskləri əhatə edir.

Xəbər lenti

Xəbər lenti