...

Azərbaycan bankı "AccessBank" nizamnamə kapitalını 25,3 faiz artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2012 12:53 (UTC +04:00)
Cümə axşamı "AccessBank" nizamnamə kapitalının 17,2 milyon manat (21,8 milyon dollar) məbləğində artırılaraq 85 milyon manat (108 milyon dollar) həddinə çatdırıldığını elan etdi.
Azərbaycan bankı "AccessBank" nizamnamə kapitalını 25,3 faiz artırıb

Azərbaycan, Bakı, 15 mart / Trend/

Cümə axşamı "AccessBank" nizamnamə kapitalının 17,2 milyon manat (21,8 milyon dollar) məbləğində artırılaraq 85 milyon manat (108 milyon dollar) həddinə çatdırıldığını elan etdi. Trend-in məlumatına görə, bu barədə bankın cümə axşamı yayadığı məlumatda deyilir.

Bu, 67,8 milyon manat məbləğində ilkin nizamnamə kapitalının 25,3 faiz artmasına bərabərdir. Bu, səhmlərin nominal dəyərinin 0,86 manat artaraq, 3,39 manatdan 4,25 manata çatması sayəsində mümkün olub.

Səhmlərin sayı əvvəlki kimi 20 milyon ədəddir, səhmdarlar arasında pay bölgüsü isə Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW Almaniya İnkişaf Bankı və Qara Dəniz Ticarət və İnkişaf Bankı hər biri 20%, AccessHolding 16.53% və LFS 3.47% olaraq qalır.

Nizamnamə kapitalının artımı bankın gələcək inkişafı üçün kapital adekvatlığını təmin edəcək. Hazırda kapitalın adekvatlığı 25%, yəni, Azərbaycan Mərkəzi Bankının minimal tələbatından iki dəfə artıqdır. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi nizamnamə kapitalının artımının qeydiyyatdan keçirilməsini artıq başa çatdırıb.

AccessBank İdarə Heyətinin Sədri Andrev Pospielovsky artımı şərh edərək deyib: "Nizamnamə kapitalının 85 milyon manatadək artırılması, bankın gələcək inkişafı üçün güclü zəmin yaratmaqla yanaşı, səhmdarlarımızın banka töhfəsini və bizim mikro və kiçik biznes sektorunun, eləcə də iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsi, yeni iş yerlərinin yaradılması və yoxsulluğun aradan qaldırılması missiyamızı əks etdirir".

АccessBank-ın missiyası, Azərbaycanda mikro və kiçik sahibkarlara, eləcə də aşağı və orta gəlirli ailələrə maliyyə xidmətləri göstərməkdən ibarətdir. АccessBank beynəlxalq Fitch reytinq agentliyi tərəfindən Azərbaycan bankları arasında ən etibarlı bank adına layiq görülüb (sabit proqnozla "BB+" səviyyəsində), həmçinin Global Finance (2011) və Euromoney Nəşriyyat Qrupu (2010-2011) tərəfindən "Azərbaycanın ən yaxşı bankı" və The Banker nəşri tərəfindən isə "İlin bankı" adına layiq görülüb.

Xəbər lenti

Xəbər lenti