...

Azərbaycan və Bolqarıstan arasında sosial müdafiə sahəsində əməkdaşlıq proqramı imzalanıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2012 16:37 (UTC +04:00)
Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Bolqarıstanın əmək və sosial siyasət naziri Totyu Mladenovun dəvəti əsasında aprelin 9-da həmin ölkəyə səfər edib.
Azərbaycan və Bolqarıstan arasında sosial müdafiə sahəsində əməkdaşlıq proqramı imzalanıb (FOTO)

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Bolqarıstanın əmək və sosial siyasət naziri Totyu Mladenovun dəvəti əsasında aprelin 9-da həmin ölkəyə səfər edib. Səfər çərçivəsində iki ölkənin nazirləri arasında keçirilən görüşdə Azərbaycan və Bolqarıstan arasında dostluq və əməkdaşlıq əlaqələrinin uğurlu inkişafından məmnunluq ifadə olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, görüşdə Fizuli Ələkbərov ölkəmizdə davamlı iqtisadi inkişafı və sosial rifahın yaxşılaşmasını xarakterizə edən məlumatları diqqətə çatdırıb, bütün sahələrdə olduğu kimi, əmək və əhalinin sosial müdafiəsi sahəsində də Bolqarıstanla əməkdaşlığın inkişafına xüsusi önəm verildiyini vurğulayıb.

Totyu Mladenov qarşılıqlı səfərlərin iki ölkənin əmək və sosial müdafiə sahəsində də əməkdaşlıq əlaqələrinin inkişafına xidmət etdiyini, keçirilən bu görüşün qeyd olunan sahədə daha bir uğurlu addım olduğunu bildirib.

Əmək və sosial müdafiə sahəsində ikitərəfli əməkdaşlığın prioritetlərinin müzakirə olunduğu görüşdə 14 noyabr 2011-ci il tarixli "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Bolqarıstan Respublikasının Əmək və Sosial Siyasət Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum"un müddəalarının həyata keçirilməsi məqsədi ilə "2012-2013-cü illər üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Bolqarıstan Respublikasının Əmək və Sosial Siyasət Nazirliyi arasında Əməkdaşlıq Proqramı" imzalanıb.

Proqram hər iki nazirliyin fəaliyyətinə aid istiqamətlər üzrə məlumat mübadiləsinin aparılmasını, qarşılıqlı təlim səfərlərinin və seminarın təşkilini, tabeçilikdə olan qurumlar arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti