...

"A-Qroup" sığorta şirkətinin aktivləri təqribən 14 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2012 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir A.Axundov/

2011-ci ildəki fəaliyyətin yekunları üzrə Azərbaycanın "A-Qroup" sığorta şirkətinin aktivləri ötən ilin əvvəlinə (9,38 milyon manat) qarşı 14 faiz artaraq 10,689 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi şirkətin rəsmi mətbuatda dərc edilən balans hesabatında deyilir.

Sığorta şirkətinin maliyyə hesabatlılığının auditini "Kaspian Konsaltinq" aparıb.

2011-ci ilin sonunda şirkətin uzunmüddətli aktivləri il ərzində 3,34 faiz azalaraq 2,26 milyon manat, qısamüddətli aktivləri isə illik 19,7 faiz artımla 8,431 milyon manat təşkil edib.

2011-ci ildə pul vəsaitlərində və onların ekvivalentlərində 6,54 milyon manat, depozit hesablarında 5,98 milyon manat, cari hesabda isə 0,48 milyon manat yığılıb.

2011-ci ilin yekunları üzrə "A-Qroup" şirkətinin ödənilmiş nizamnamə kapitalı 2,9 milyon manat səviyyəsində olub, 2010-cu ildə bu rəqəm 2,65 milyon manat təşkil edib. Şirkət 2011-ci ili 1,82 milyon manat həcmində xalis gəlirlə başa çatdırıb.

Ötən ilin sonuna şirkətin məcmu kapitalı 2010-cu illə müqayisədə 42,63 faiz artaraq 6,68 milyon manat təşkil edib.

Şirkətin nizamnamə öhdəlikləri 11,2 faiz azalaraq 4,01 milyon manat, ümumilikdə kapital və öhdəliklər isə təqribən 14 faiz artımla 10,689 milyon manat təşkil edib.

Ötən ilin yekunları üzrə şirkətin gəlirləri 9,952 milyon manat, xərcləri isə 8,137 milyon manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti