...

Bakıda IV Beynəlxalq banklararası forum işini başa çatdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2012 17:19 (UTC +04:00)
Aprelin 25-də Bakıda başlayan IV Beynəlxalq banklararası forum cümə günü işini başa çatdırıb.
Bakıda IV Beynəlxalq banklararası forum işini başa çatdırıb

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Aprelin 25-də Bakıda başlayan IV Beynəlxalq banklararası forum cümə günü işini başa çatdırıb.

Trend-in məlumatına görə, forumun baş sponsoru "Zaminbank" ASC-dir. Forumda "Aİ, Avrasiya İqtisadi Cəmiyyəti və Cənubi Qafqazın bank bazarları: əməkdaşlıq perspektivləri və inkişaf" mövzusunda müzakirələr aparılıb.

Forumda dövlət tənzimləmə qurumlarının nümayəndələri, bank və birjaların top-menecerləri, xəzinədarlıq bölmələrinin, müxbir münasibətlər idarələrinin, maliyyə institutlarının, banklararası biznesin, maliyyə, broker və konsaltinq şirkətlərinin rəhbərləri, ekspert və analitiklər, KİV nümayəndələrindən təribən 300 nəfər iştirak edib.

Forum iştirakçıları Avrozona, yaxın və uzaq xarici dövlətlərin bank sistemlərinin cari vəziyyətlərinin analizi, banklararası biznesin cari dövr üçün yekunları və gələcək proqnozlarından bəhs ediblər. Forumun əsas müzakirə mövzularından biri daimi tələblərin sərtləşdirilməsi şəraitində bankların əməkdaşlığı və banklararası bazarın inkişafı, həmçinin kredit təşkilatlarının kapitalları, bankın rentabelliyinin artırılması, risklərin idarə edilməsi, korporativ idarəetmədə yeni keyfiyyət standartlarının tətbiqi olub.

Forumun məruzəçilərinin çıxışları ümümiqtisadi və daimi xarakterli (makroiqtisadi vəziyyətin, nəzarət, valyuta və pul-kredit siyasətinin aktual aspektlərinin, maliyyə əməliyyatlarının aparılmasında normativ bazaların mükəmməlləşdirilməsi və s.) mövzuları geniş əhatə edib. Banklararası maliyyə bazarı infrastrukturunun inkişafının gələcək problemlərinə dair suallar forum iştirakçılarının müzakirə dairəsinə daxil olub (FXt&MM, təcili kontraktların ticarəti, borc alətləri bazarı, yeni elektron sistemlərin və texnologiyaların istifadəsi, pul köçürmələri və s).

"Zaminbank" ASC-nin idarə heyəti sədrinin müavini Nigar Nağıyeva "Zaminbank" tərəfindən təsis olunmuş Azərbaycanın ilk beynəlxalq pulköçürmə sistemi olan "Caspian Money Transfer" haqqında mühazirə ilə forum iştirakşıları qarşısında çıxış edib.

Nağıyevanın çıxışında forum iştirakçılarını maraqlandıran məqam "Caspian Money Transfer" sistemi ilə 1,5 faiz komissiya haqqı ödəməklə Türkiyəyə pul köçürmələrinin həyata keçirilməsi olub.

"Caspian Money Transfer" dünyada üç sistemdən biridir ki, Türkiyə ərazisində fəaliyyət göstərməyə lisenziya alıb. Köçürməni alan şəxs istər nağd şəkildə, istərsə də bankdakı hesabına köçürülərək vəsaiti əldə edə bilər.

Xəbər lenti

Xəbər lenti