...

"DəmirBank"ın Şəmkir şöbəsi filial olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2012 15:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend/

"DəmirBank"ın filial şəbəkəsinin genişləndirilməsi strategiyasına uyğun olaraq bir il əvvəl açılan Şəmkir şöbəsi filial kimi fəaliyyətini davam etdirir.

Bankdan cümə axşamı Trend-ə verilən məlumata görə, Şəmkir şəhəri, Nizami küçəsi, 69a ünvanında yerləşən Şəmkir filialı fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri göstərir.

Filialın müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ istehlak və biznes kreditləri, plastik kartlar, təcili pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və s. xidmətlər təklif edir.

"Şəmkir şəhərində olan filialda keyfiyyətli bank xidmətinin göstərilməsi üçün zəruri şərait mövcuddur. Filial regionda kreditləşmənin və bank xidmətlərinin genişlənməsinə kömək edəcək. Bankın inkişaf strategiyasına əsasən, gələcəkdə Bakı və regionlarda yeni filialların açılması planlaşdırılır", - bankın idarə heyəti sədrinin müavini Yusif Cabbarov bildirib.

Hazırda "DəmirBank"ın xidmət şəbəkəsi 31 filialdan ibarətdir. Onlardan 13-ü Bakıda, 18-i isə müxtəlif regionlarda - Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli şəhərlərində yerləşir.

Ölkənin ilk banklarından olan "DəmirBank" (əvvəlki adı "Azərdəmiryolbank") 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Niderland İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Xəbər lenti

Xəbər lenti