...

"Qarant Sığorta" bazarın ilk beşliyinə daxil olmaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2012 17:00 (UTC +04:00)
Azərbaycanın "Qarant sığorta" şirkəti ölkənin sığorta bazarının ilk beş lideri sırasına daxil olmaq niyyətindədir.
"Qarant Sığorta" bazarın ilk beşliyinə daxil olmaq niyyətindədir

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir A.Axundov/

Azərbaycanın "Qarant sığorta" şirkəti ölkənin sığorta bazarının ilk beş lideri sırasına daxil olmaq niyyətindədir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə şirkətin İdarə Heyətinin sədri Fuad Allahverdiyev bildirib.

"Biz üçillik strategiyaya uyğun olaraq, ölkənin sığorta bazarının ilk beşliyinə daxil olmaq niyyətindəyik", - Allahverdiyev deyib.

Onun sözlərinə görə, şirkət ötən ilin analoji dövrü ilə müqayisədə mükafatların həcmini 62 faiz artırmaqla birinci rübü uğurla başa çatdırıb.

"Biz birinci rübdə 1,76 milyon manat dəyərində mükafat topladıq. Yığımlar əsasən avtomobillərin könüllü sığortası, əmlak sığortası və digər sığorta növləri hesabına təmin edilib", - Allahverdiyev qeyd edib.

Onun sözlərinə görə, şirkət hesabat dövründə 357,9 min manat dəyərində kompensasiya ödəyib ki, bu da ötən ildən 27 faiz çoxdur.

"Müşahidə edilən tendensiya nəzərə alınmaqla, biz bu il 10 milyon manat yığmağı planlaşdırırıq", - Allahverdiyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti