...

“Akkord” otüstü xokkey komandası “Çellenc-3” turnirinin qalibi oldu (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 May 2012 21:11 (UTC +04:00)
Mayın 25-28-də Slovakiyanın Bratislava şəhərində keçirilən otüstü xokkey üzrə Çempionlar Kuboku üzrə yarışlar başa çatıb. Ötənilki çempionatın qalibi kimi, bu yarışlarda çıxış edən “Akkord” komandası III diviziona daxil olan komandalar arasında 1-ci yeri tutaraq qalib olub.
“Akkord” otüstü xokkey komandası “Çellenc-3” turnirinin qalibi oldu (FOTO)

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir E. Əliyev/

Mayın 25-28-də Slovakiyanın Bratislava şəhərində keçirilən otüstü xokkey üzrə Çempionlar Kuboku üzrə yarışlar başa çatıb. Ötənilki çempionatın qalibi kimi, bu yarışlarda çıxış edən "Akkord" komandası III diviziona daxil olan komandalar arasında 1-ci yeri tutaraq qalib olub. Bu barədə Trend-ə "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin ictimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.

"Çellenc-3" turnirində ugurlu nəticələr qazanan "Akkord" otüstü xokkey komandasının üzvləri bu gün vətənə dönüblər. Heydər Əliyev beynəlxalq hava limanında idmançıları "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin nümayəndələri və azarkeşlər sevinclə qarşılayıblar. Qeyd edək ki, mayın 26-da komanda Türkiyənin "Qaziantep" klubunu 3:0, 27-də isə Bolqarıstanın "Lokomotiv" klubunu 7:0 hesabı ilə məğlub edərək finala yüksəlib. Mayın 28-də keçirilən həlledici oyunda Bolqarıstanın "NSA" komandasını 5:0 hesabı ilə məğlubiyyətə uğradan "Akkord" "Çelenc-3" turnirində öz qalibiyyətini rəsmiləşdirib. Komandanın oyunçusu Saleh Balamiyev vurduğu 14 qolla bu çempionatın ən məhsuldar hücumçusu olub.

"Akkord" komandasının bu uğuru ölkə prezidenti İlham Əliyevin 2012-ci ili idman ili elan etməsinə böyük tövhədir.

Xəbər lenti

Xəbər lenti