...

Dövlət Neft Fondu Rusiya rublunu almağa başlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2012 14:11 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilin sonunadək Rusiya rublunu almağa başlayacaq.
Dövlət Neft Fondu Rusiya rublunu almağa başlayacaq

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilin sonunadək Rusiya rublunu almağa başlayacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə ARDNF-nin rəhbəri Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, hazırda Fond bir sıra banklarla danışıqlar aparır və bu barədə konkret həcmlər barədə razılıq əldə edildikdən sonra danışmaq olar.

Risklərdən qorunmaq üçün eyni vaxtda bir sıra banklarla danışıqlar aparılır.

Mövsümov onu da qeyd edib ki, ARDNF artıq Avstraliya dolları və Türkiyə lirəsi almağa başlayıb. Satınalmanın həcmləri dəqiqləşdirilmir.

Xəbər lenti

Xəbər lenti