...

Azərbaycanda kənd təsərrüfatı sığortası icbari olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2012 13:28 (UTC +04:00)
Azərbaycanda icbari sığortanın yeni növü tətbiq olunacaq. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin Lisenziyalaşdırma, ərizə və şikayətlər şöbəsinin aparıcı məsləhətçisi Orxan Bayramov deyib.
Azərbaycanda kənd təsərrüfatı sığortası icbari olacaq

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanda icbari sığortanın yeni növü tətbiq olunacaq. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin Lisenziyalaşdırma, ərizə və şikayətlər şöbəsinin aparıcı məsləhətçisi Orxan Bayramov deyib.

"Dövlət Sığorta Nəzarəti Xidməti icbari kənd təsərrüfatı sığortasının tətbiqinə dair qanun layihəsinin hazırlanması üçün Rusiya və Türkiyənin təcrübəsini öyrənir", - Bayramov qeyd edib.

Onun sözlərinə görə, bu, ayrıca qanun şəklində və fəaliyyətdə olan "İcbarı sığortalar haqqında" qanuna dəyişikliklər edilməsi vasitəsi ilə ola bilər.

Bayramov vurğulayıb ki, qanun layihəsinin il ərzində hazırlanması planlaşdırılır.

"Kənd təsərrüfatı iqtisadiyyatın strateji vacib sahəsidir və bu qanun aqrar sektorda təbii fəlakətlər nəticəsində yarana biləcək sığorta risklərini və bu zərərlərin kompensasiya edilməsini əhatə edəcək", - o bildirib.

Bayramovun sözlərinə görə, icbarı sığortanın yeni növünün tənzimlənməsi yəqin ki, İcbarı Sığorta Bürosu vasitəsi ilə həyata keçiriləcək.

"Hazırda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri üzrə icbari sığorta növlərinin büroya daxil edilməsi istiqamətində işlər aparılır", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti