...

Azərbaycan hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında kredit sazişi imzalanıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2012 15:35 (UTC +04:00)
Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Larisa Leşçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşün məqsədi Azərbaycan hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında "II kənd investisiya layihəsi"nin maliyyələşməsinə dair kredit sazişinin imzalanması olub.
Azərbaycan hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında kredit sazişi imzalanıb  (FOTO)

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Larisa Leşçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşün məqsədi Azərbaycan hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında "II kənd investisiya layihəsi"nin maliyyələşməsinə dair kredit sazişinin imzalanması olub.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, Abasov xanım Leşçenkonun bu vəzifəyə təyin olunması ilə təbrik edib, onun fəaliyyəti dövründə Dünya Bankı ilə Azərbaycan hökuməti arasında əlaqələrin daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Nazir bildirib ki, Azərbaycan ilə Dünya Bankı arasında kənd təsərrüfatı sektoru üzrə əməkdaşlığa 1996-cı ildən başlanılıb. Bu zaman ümumi dəyəri 28,2 milyon ABŞ dolları olan "Təsərrüfatların özəlləşdirilməsi layihəsi" tətbiq olunmağa başlanıb. Layihə 2001-ci ildə tamamlanıb. 2005-2008-ci illərdə "Kənd investisiya layihəsi"nin icrasına başlanılıb, 2009-cu ildə həmin layihəyə əlavə vəsait cəlb edilib.

Abasov Dünya Bankı tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin verdiyi səmərəni yüksək qiymətləndirdiyini və ölkəmizdə aqrar sektorun inkişafına böyük təkan verdiyini qonaqların diqqətinə çatdırıb. "II kənd investisiya layihəsi"nin həyata keçirilməsində məqsədin icma yönümlü kənd infrastrukturlarına çıxışı və istifadəni artırmaq və kənd yerlərində ailələrin iqtisadi fəaliyyətlərini genişləndirməkdən ibarət olduğunu qeyd edib.

Nazir yeni layihənin rayonların potensialından faydalı istifadə etməklə sahibkarlığın gücləndirilməsi və iqtisadiyyatın dinamik inkişafı, yaşayış səviyyəsinin yaxşılaşdırılması ilə iqtisadi inkişafa nail olmaq kimi məqsədləri daşıyan "2008-2015-ci illərdə yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"na dəstək xarakteri daşıdığını və bu layihənin müvəffəqiyyətlə başa çatacağına ümidvar oldunu bildirib.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Larisa Leşçenko Azərbaycanda olduğundan şərəf duyduğunu və imzalanacaq bu layihənin Azərbaycan üçün ən uğurlu layihə hesab etdiyini, kənd təsərrüfatının, kənd ərazilərinin inkişafına böyük töhvə verəcəyini və 1,5 milyon əhalinin həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəyini, fəaliyyəti dövründə Azərbaycan hökuməti ilə Dünya Bankı arasında əlaqələrin daha da inkişaf etdirilməsində öz səylərini əsirgəməyəcəyini bildirib.

Sonda Azərbaycan hökuməti tərəfindən İsmət Abasov ilə Dünya Bankı tərəfindən Larisa Leşçenko tərəfindən Azərbaycan hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında "II kənd investisiya layihəsi"nin maliyyələşməsinə dair kredit sazişi imzalanıb.

Qeyd edək ki, layihə üç komponentdən ibarətdir: kənd yerlərində icma infrastrukturları; kənd infrastrukturları üçün texniki dəstək; layihənin idarəedilməsi və nəticələrin monitorinqi.

"II kənd investisiya layihəsi" beş əsas zonada fəaliyyət göstərəcək: Düzən-Şirvan, Muğan-Salyan, Naxçıvan, Şimal, Şimal-Qərb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti