Azərbaycan, Bakı, 24 oktyabr /Trend/
2012-ci il sentyabrın 1-nə olan məlumata əsasən, NBC Bank-da bütün sistemlər üzrə pul daxil olmalarında və köçürmələrində əsaslı artım olub.
Bankdan Trend-ə verilən məlumata görə, belə ki, son 9 ayda sürətli pul köçürmələri üzrə banka daxil olan pulların həcmi 73%, köçürülən pulların həcmi isə 150% artıb.
Bununla bərabər, NBC Bank-da pul köçürmələrinin sayında da ciddi artım müşahidə olunub. Faiz etibarilə qeyd etsək, bankda təcili pul köçürmələrində əməliyyatların sayı ilin əvvəlinə nisbətdə 74% artım olub.
Qeyd edək ki, bankda aşağıda qeyd olunan sistemlər üzrə pul köçürmələri həyata keçirilir: Blizko, Contact, Lider, Migom, Caspian Money Transfer, Privat, Western Union, Zolotaya Karona və Bistraya Poçta.