...

Azərbaycan şirkətləri İstanbulda keçiriləcək Aqro-Loqistika biznes forumuna dəvət olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2012 15:19 (UTC +04:00)
Noyabrın 23-də İstanbulda Aqro-Loqistika biznes forumu keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) yaydığı məlumatda deyilir.
Azərbaycan şirkətləri İstanbulda keçiriləcək Aqro-Loqistika biznes forumuna dəvət olunur

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

Noyabrın 23-də İstanbulda Aqro-Loqistika biznes forumu keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) yaydığı məlumatda deyilir.

Tədbirdə Türkiyə, Rusiya, Yunanıstan, Ruminiya, Bolqarıstan, Gürcüstan, Moldova, Ukrayna, Serbiya, Albaniya və bəzi digər ölkələrdən 12-yə yaxın şirkətin təmsil olunması gözlənilir.

Forum BMT İnkişaf Proqramının "Qara dəniz ticarət və investisiyaların təşviqi" layihəsi çərçivəsində keçirilir.

Forumda iştirakla maraqlanan şirkətlər aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilərlər.

Əlaqəli şəxs: Dita Daniela Drone; tel: (+30) 210 77 01 661, fax: (+30) 210 77 01 664, e-poçt: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti