...

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı ən azı iki dəfə arta bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2012 14:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı gələcəkdə ən azı iki dəfə arta bilər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə kənd təsərrüfatı naziri İsmət Abasov deyib.

"Əgər əkin sahələri daha səmərəli istifadə edilərsə, suvarmanın daha təkmil metodları tətbiq edilərsə, bütün aqrotexniki tədbirlər vaxtında yerinə yetirilərsə, kənd təsərrüfatı məhsullarının istehsalını qarşıdakı illərdə ən azı iki dəfə artırmaq mümkün olacaq", - Abasov qeyd edib.

Onun sözlərinə görə, 9 ayın yekunları üzrə ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı 6,3 faiz artıb ki, bu da yaxşı göstəricidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti