...

Ötən ay Vergilər Nazirliyinə 22 mindən çox müraciət daxil olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2012 20:34 (UTC +04:00)
2012-ci ilin noyabr ayı ərzində Vergilər Nazirliyinin Telefon Məlumat Xidmətinə 22 045 müraciət daxil olub.
Ötən ay Vergilər Nazirliyinə 22 mindən çox müraciət daxil olub

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

2012-ci ilin noyabr ayı ərzində Vergilər Nazirliyinin Telefon Məlumat Xidmətinə 22 045 müraciət daxil olub. Onlardan 10 542-si avtomatik rejimdə, 11 503-ü isə canlı əlaqə zamanı cavablandırılıb.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, suallar əsasən elektron xidmətlər (25%), qeydiyyat (15%), vergi növləri (11,5%), vergi ödəyiciləri və vergi orqanlarının rekvizitləri, büdcə (5,2%), hesabatlar və onların doldurulması qaydaları (10,4%) barədə olub.

Hesabat dövründə Telefon Məlumat Xidməti tərəfindən 39 538 vergi ödəyicisinə SMS-lər göndərilib. 39 075 halda vergi ödəyiciləri qısa mesajlar vasitəsilə məlumatlandırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 76,1% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti