...

AZAL Bakı-Tbilisi istiqamətindəki uçuşları müasir təyyarələrlə həyata keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Fevral 2013 13:35 (UTC +04:00)
“Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı-Tbilisi/Tbilisi-Bakı istiqamətindəki uçuşları müasir və daha komfortlu təyyarələrlə - Airbus А319 və Airbus А320 ilə həyata keçirməyə başlayıb.
AZAL Bakı-Tbilisi istiqamətindəki uçuşları müasir təyyarələrlə həyata keçirir

Azərbaycan, Bakı, 20 fevral /Trend/

"Azərbaycan Hava Yolları" aviaşirkəti Bakı-Tbilisi/Tbilisi-Bakı istiqamətindəki uçuşları müasir və daha komfortlu təyyarələrlə - Airbus А319 və Airbus А320 ilə həyata keçirməyə başlayıb.

Aviaşirkətdən Trend-ə verilən məlumata görə, digər eyni ölçülü təyyarələrlə müqayisədə Airbus А319 və Airbus А320 daha geniş və komfortlu sərnişin salonu, əl yükü üçün enli rəflər və daha böyük yükgötürmə qabiliyyətinə malikdir.

AZAL aviaşirkətinin Tbilisiyə uçan daha öncəki ATR 42 və ATR 72 tipli təyyarələrindən fərqli olaraq, Airbus А319 və Airbus А320 salonlarında biznes sinif yerləri nəzərdə tutulub ki, bu da sərnişinlər üçün hərtərəfli komfortun təşkil olunmasında əsas şərtlərdən biridir.

Xüsusi ilə qeyd etmək istərdik ki, "Azərbaycan Hava Yolları" QSC-nin tətbiq etdiyi yeni güzəştli tarif nəticəsində Bakı-Tbilisi-Bakı istiqamətindəki aviabileti cəmi 120 avroya əldə etmək olar (tarifə yığım və rüsumlar daxil deyil).

Daha ətraflı məlumat almaq və aviabiletlərin bronlaşdırılması üçün aviaşirkətin Çağırış Mərkəzinə müraciət etmək olar:
+99412 598 88 80; *8880.
e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti