...

"RENAULT CAPTUR" və "YENİ RENAULT SCENIC" "2013 GENEVRƏ AVTOMOBİL SALONU"nda nümayiş olunacaq (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2013 11:47 (UTC +04:00)
Genevrə Avtomobil Salonu çərçivəsində Renault özünün yeni avtomobillərini: Renault Captur şəhər krossoveri və yenilənmiş Renault Scenic modelini təqdim edəcək.
"RENAULT CAPTUR" və "YENİ RENAULT SCENIC" "2013 GENEVRƏ AVTOMOBİL SALONU"nda nümayiş olunacaq (FOTO)

Azərbaycan, Bakı, 5 mart /Trend/

Genevrə Avtomobil Salonu çərçivəsində Renault özünün yeni avtomobillərini: Renault Captur şəhər krossoveri və yenilənmiş Renault Scenic modelini təqdim edəcək.

Genevrə Avtomobil Salonu çərçivəsində Renault özünün yeni avtomobillərini: Renault Captur şəhər krossoveri və yenilənmiş Renault Scenic modelini təqdim edəcək.

Yeniliklər haqqında əlavə məlumat martin 5-də Renault bölməsində keçiriləcək mətbuat konfransında açıqlanacaq. Tədbirdə Renault-Nissan Alyansının Prezidenti və Baş Direktoru Karlos Qon çıxış edəcək.

RENAULT CAPTUR: GÜNDƏLİK HƏYATI DƏYİŞƏN ŞƏHƏR KROSSOVERİ

Renault özünün ilk şəhər krossoverini təqdim edir. Captur üç müxtəlif sinif avtomobillərinə xas ən mükəmməl xüsusiyyətləri özündə birləşdirir: ifadəli üslub, SUV (Sport Utility Vehicle) tipli avtomobillərdə olduğu kimi sürücü mötəbərliyi, minivenlərə xas modul şəkilli geniş salon, dinamiklik və idarə etmədə kompakt sedana bənzər həzz.

Yığcam ölçülər, artırılmış klirens, böyük disklər avtomobili gündəlik istifadədə müxtəlif cür istifadə etməyə imkan verir. Renault Captur, minivenlərə xas olan zəngin salon təchizatı və komfort elementləri ilə öyünə bilər: hündür oturacaq, tutumlu yük yeri, geniş salon və əşyalar üçün müasir həllər.

Renault Captur modelinin standart komplektasiyası (kontaktsız giriş kartı, dağ yolları üçün köməkçi

Renault şirkətinin Azərbaycanda mətbuat nümayəndəliyi

Tel: (012) 436 85 09 ; Faks: (012) 436 90 67 www.media.renault.com

sistem, arxa parktronik və s.) daha yüksək qiymət seqmentli avtomobillərin komplektasiyalarından geri qalmır. Renault Captur mükəmməl dinamik göstəricilərə malikdir, yolda mətin və möhkəmdir.

Renault Captur, şirkətin İspaniyanın Valyadolid şəhərində yerləşən zavodunda istehsal ediləcək.

YENI RENAULT SCENIC - PARLAQ İNDİVİDUALLIQ

Avropanın ən çox satılan Renault Scenic miniveni artıq şirkətin yeni firma üslubunun cizgilərini alıb. Modelin xarici dizaynı yeni radiator torunun üzərində yerləşən, böyüdülmüş Renault loqotipi sayəsində dəyişikliyə uğrayıb. Dekorativ elementlərlə zənginləşən zərif siluet, modelin parlaq individuallığını əks etdirir. Eyni zamanda, avtomobil ailəvi istismar üçün nəzərdə tutulub.

Salonda istifadə edilmiş materialların keyfiyyəti sayəsində Renault Scenic öz seqmenti üzrə Avropa avtomobil bazarında 1996-cı ildən etibarən bestsellerdən biridir. Alət panelinin yumşaq çalarlarına Renault R-link multimediya sisteminin yeni sensor ekranı, həmçinin, sürücüyə kompüterin göstəricilərini öz istəyinə uyğun kökləməyə imkan verən TFT displey təbii şəkildə əlavə edilir. Salonda akustik komfortu, xüsusi olaraq Renault Scenic modeli üçün işlənib hazırlanmış Bose® audiosistemi bəxş edir.

1996-cı ildən bəri şirkətin Dueydəki müəssisəsində 4 300 000 ədəd Renault Scenic modeli yığılıb.
Renault təcrübəsi məsuliyyətli yanaşma və istehsalatda çalışan bütün əməkdaşların peşəkarlığı
üzərində qurulub. Renault, zavodun müasirləşdirilməsi və yeni avadanlıqlarla təchiz edilməsinə 420
milyon avro həcmində investisiya qoyub. 2014-cü ildən etibarən burada Renault-un Premium modelləri
istehsal ediləcək. Bu dövr Renault-un keyfiyyət Proqramının yeni mərhələsi ilə üst-üstə düşür. "Douai
certified quality" adlı plan dörd prinsiplə əsaslanır: keyfiyyət təminatı standart və qaydalarının dərindən
mənimsənilməsi, daim keyfiyyətə nəzarət, yüksək səviyyəli ixtisaslaşdırılma və müştəri nöqteyi-
nəzərindən keyfiyyətə diqqət.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti