...

"AccessBank" depozitlər üzrə faiz dərəcələrini artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2013 13:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 mart/Trend/

Çərşənbə günü "AccessBank" yeni bahar kampaniyasını elan etdi. Bu kampaniya çərçivəsində fiziki şəxslər üçün depozit əmanətləri üzrə faiz dərəcələri 2 faiz artırılır.

Bankdan çərşənbə günü Trend-ə verilən məlumata görə, kampaniya müddətində manat əmanətləri üzrə maksimal illik faiz dərəcəsi 12 faiz, ABŞ dolları ilə yatırılan əmanətlərə isə 10 faiz təşkil edəcək.

"AccessBank"ın Pərakəndə Bankçılıq və Əməliyyat Departamentinin direktoru Anar Həsənov, bu kampaniyanı şərh edərək deyib: "AccessBank" fəaliyyətə başladığı ilk gündən etibarən istehlakçıların tələbatlarını maksimal səviyyədə nəzərə almağa çalışıb, həmçinin müştərilərin biznes inkişafını və əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq üçün daha əlverişli şərait yaratmağa cəhd edib. Cəmi 10 illik fəaliyyəti müddətində AccessBank öz müştəriləri üçün etibarlı, əlverişli və sabit tərəfdaş olmağa müvəffəq olub, və yerli bazardakı mövqeyini möhkəmləndirərək ölkənin ən yaxşı 10 Bankı sırasına daxil olub".

"AccessBank" Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun üzvüdür (http://www.adif.az/) və Banka yatırılan bütün əmanətlər avtomatik olaraq Fondun şərtlərinə uyğun olaraq sığortalanır. Qeyd edək ki, Fond tərəfindən sığortalanan əmanətlər üzrə maksimal illik faiz dərəcəsi 12% təşkil edir. Hall-hazırda depozit portfeli ötən illə müqayisədə 18 milyon ABŞ dolları məbləğində artaraq 225 milyon ABŞ dollarını ötüb. Bu artım rahat və əlverişli depozit məhsullarının mövcudluğu ilə şərtlənir (AccessBank-a qoyulan əmanətlərin minimal məbləği 50 manat, ABŞ dolları və ya Avro təşkil edir).

Kampaniyanın şərtləri ilə ətraflı şəkildə siz www.accessbank.az saytında, bankın Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində, eləcə də "AccessBank" QSC-nin filiallarında tanış ola bilərsiniz. Kampaniya 5 aprel 2013-cü il tarixinə qədər davam edəcək.

"АccessBank"ın missiyası, aşağı və orta gəlirli Azərbaycan ailələrinə, eləcə də mikro və kiçik sahibkarlara maliyyə xidmətləri göstərməkdən ibarətdir. "АccessBank" beynəlxalq Fitch reytinq agentliyi tərəfindən Azərbaycan bankları arasında ən etibarlı bank adına layiq görülüb (BB+ "sabit" proqnoz), həmçinin "Global Finance" (2011) və "Euromoney Nəşriyyat Qrupu" (2010, 2011 və 2012-ci illərdə) tərəfindən "Azərbaycanın ən yaxşı bankı" və "The Banker" nəşri tərəfindən isə "İlin bankı" adına layiq görülüb (2011). "AccessBank" 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, KFW Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı, mikromaliyyələşdirmə sahəsində strateji investor qismində çıxış edən "Access Holding" (16.5%) və Almaniyanın LFS Financial Systems GmbH şirkətləridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti