Azərbaycan, Bakı, 11 mart /Trend/
"Bank of Baku" tərəfdaşı olan "Embawood" şirkəti ilə birgə yeni kampaniyaya start verir. Bankdan bazar ertəsi Trend-ə verilən məlumata görə, kampaniyadan hər Bolkart sahibi bəhrələnə bilər.
Kampaniya çərçivəsində yalnız "Madeyra" mağazalarında 20 aprel 2013-cü il tarixinədək 1300 - 3500 AZN dəyərində alış-veriş edən hər müştəriyə müxtəlif hədiyyələr veriləcək.
Hədiyyələr aşağıdakılardan ibarətdir :
1300 - 2000 AZN arası alış-verişə görə - mətbəx robotu,
2000 - 3000 AZN arası alış-verişə görə - sufiltirli tozsoran və ətçəkən,
3000 - 3500 AZN arası alış-verişə görə - paltaryuyan və ya 82 ekran LCD televizor,
və 3600 AZN-dən çox alış-veriş görə - soyuducu.
Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün "Madeyra" salonun 126, həmçinin "Bank of Baku"-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq mümkündür.