...

"AccessBank" bayram günlərində də müştərilərinə xidmət edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2013 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart /Trend/

"AccessBank" öz müştərilərinin rahatlığını təmin etmək üçün və bir sıra yaz kampaniyalarının keçirilməsi ilə əlaqədar bütün şəhər və regiondakı filialların kassalarının 23, 25 və 26 mart tarixlərində fəaliyyət göstərəcəyini elan edir. Bu barədə bazar ertəsi bankdan Trend-ə daxil olan məlumatda bildirilir.

Bu günlərdə müştərilər kredit borcunun ödənilməsi, sürətli pul köçürmələri, valyutadəyişmə əməliyyatları, kommunal və digər bu tipli ödənişlərin aparılması ilə bağlı kassa əməliyyatlarını həyata keçirə biləcəklər.

Sizə yaxın olan filialın kassasının iş rejimi haqqında daha ətraflı məlumat əldə etmək üçün bankın Ümumi Zəng Mərkəzi *0151 telefon nömrəsinə zəng edə bilərsiniz.

АccessBank-ın missiyası, aşağı və orta gəlirli Azərbaycan ailələrinə, eləcə də mikro və kiçik sahibkarlara maliyyə xidmətləri göstərməkdən ibarətdir. "АccessBank" beynəlxalq "Fitch" reytinq agentliyi tərəfindən Azərbaycan bankları arasında ən etibarlı bank adına layiq görülüb (BB+ "sabit" proqnoz), həmçinin "Global Finance" (2011) və "Euromoney" Nəşriyyat Qrupu (2010, 2011 və 2012-ci illərdə) tərəfindən "Azərbaycanın ən yaxşı bankı", "The Banker" nəşri tərəfindən isə "İlin bankı" adına layiq görülüb (2011). "AccessBank" 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, KFW Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı, mikromaliyyələşdirmə sahəsində strateji investor qismində çıxış edən "Access Holding" (16.5%) və Almaniyanın "LFS Financial Systems GmbH" şirkətləridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti