...

AYİB və Azərbaycanda iri mebel istehsalçısı arasında kredit sazişi imzalanıb (ƏLAVƏ OLUNUB) (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2013 15:24 (UTC +04:00)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 14:08-də yayılıb)

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir İ.Xəlilova/

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda iri mebel istehsalçısı "Embawood" şirkəti ilə kredit sazişi imzalayıb. Trend bazar ertəsi AYİB-in Bakı nümayəndəliyinin yaydığı məlumata istinadən xəbər verir ki, saziş şirkətin istehsal sahələrinin təkmilləşdirilməsinə 12 milyon dollar həcmində kreditin ayrılmasını nəzərdə tutur.

"AYİB-in kredit vəsaiti şirkətin bütün müəssisələrində yüksək standartların təmin edilməsi məqsədi ilə keyfiyyət nəzarəti sisteminin tətbiqinə ayrılacaq. Kreditin bir hissəsi fəaliyyətdə olan üç istehsalat müəssisəsində enerji səmərəliliyinin artırılmasına hesablanıb", - məlumatda deyilir.

AYİB-in kreditinə əlavə olaraq, erkən keçid mərhələsində olan ölkələr üçün Enerji Səmərəliliyi və Təşəbbüslər üzrə Regional Proqram ilə texniki əməkdaşlıq fondlarından 120 min avro həcmində vəsait ayrılıb.

"Biz şirkətin fəaliyyətinin daha da möhkəmləndirilməsinə yardım göstərmək məqsədilə "Embawood" ilə əməkdaşlığın genişləndirilməsinə hazırıq. Xüsusilə, müəssisənin fəaliyyətinin və keyfiyyətə nəzarətin təkmilləşdirilməsi vasitəsilə enerjinin istifadə edilməsində səmərəliliyin artırılması istiqamətində şirkətin səyləri xüsusilə təqdirəlayiqdir", - imzalanma mərasimində AYİB-in Türkiyə, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə icraçı direktoru Olivye Deskamps deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti