...

QDTİB Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi təcrübəsini öyrənəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2013 12:52 (UTC +04:00)
Bakıda keçiriləcək Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDRİB) illik toplantısı çərçivəsində planlaşdırılan tədbirlərin gedişi zamanı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi təcrübəsi öyrəniləcək.
QDTİB Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi təcrübəsini öyrənəcək

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir E. Əliyev/

Bakıda keçiriləcək Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDRİB) illik toplantısı çərçivəsində planlaşdırılan tədbirlərin gedişi zamanı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi təcrübəsi öyrəniləcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı QDTİB-in sədri Andrey Kondakov jurnalistlərə açıqlamasında bildirib.

20-23 iyun tarixlərində Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının İdarə Şurasının illik XV toplantısı keçiriləcək. Onun çərçivəsində beynəlxalq maliyyə strukturlarının və banka üzv ölkələrin təşkilatlarının nümayəndələrinin iştirakı ilə biznes forum baş tutacaq.

Kondakov bildirib ki, "biznes forumun məqsədlərindən biri, o cümlədən Azərbaycan iqtisadiyyatının və ölkədə xarici sərmayələr və beynəlxalq maliyyə institutları üçün yaradılan iş və sərmayə mühitini təqdim etməkdir. Bu banka üzv ölkələr arasında iqtisadi ölkələrin möhkəmlənməsinə və genişlənməsinə kömək edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti