...

"Azərsu" ASC-nin sayğacla təmin olunmuş abunəçilərinin sayı 529 mini ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2013 19:29 (UTC +04:00)
2012-ci ilin əvvəlindən Azərbaycanda ön ödənişli (smart-kart tipli) elektron su sayğaclarının quraşdırılmasına başlanılıb və ötən müddətdə quraşdırılmış ön ödənişli sayğacların sayı 100 mini keçib.
"Azərsu" ASC-nin sayğacla təmin olunmuş abunəçilərinin sayı 529 mini ötüb

Azərbaycan, Bakı, 24 iyul /Trend/

2012-ci ilin əvvəlindən Azərbaycanda ön ödənişli (smart-kart tipli) elektron su sayğaclarının quraşdırılmasına başlanılıb və ötən müddətdə quraşdırılmış ön ödənişli sayğacların sayı 100 mini keçib. Bu barədə Trend "Azərsu" ASC-yə istinadən məlumat verir.

Smart-kart sayğacların quraşdırılmasına ilkin mərhələdə Bakı, Sumqayıt və Abşeron Sukanal idarə və departamentlərinin xidmət göstərdiyi ərazilərdə başlanıb, daha sonra regionlarda həyata keçirilib. Su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri çərçivəsində Quba, Zərdab, Lənkəran, Biləsuvar, İmişli, Şamaxı, Oğuz, Hacıqabul, Tovuz, Ağstafa və digər şəhərlərdə abunəçilər smart-kart sayğaclarla təmin olunub.

Ümumilikdə 2013-cü ilin yanvar-iyun aylarında 73 min smart-kart sayğacın quraşdırılması təmin edilib.

1 iyul 2013-cü il tarixə "Azərsu" ASC-nin sayğacla təmin olunmuş abunəçilərinin sayı 529 180-ə çataraq sayğaclaşma səviyyəsi 49,3 faiz təşkil edib.

Bundan başqa, magistral xətlər üzərində 21 ədəd elektromaqnit zond tipli ABB, rayon sukanal idarələrinin sərhədlərində isə 46 ədəd elektromaqnit flens tipli KROHNE su sayğacları quraşdırılaraq istismara verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti