...

"A J Walter Aviation" AZAL-ın təyyarələrinin rebrendinqini həyata keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2013 17:20 (UTC +04:00)
Təyyarələrə texniki xidmət göstərilməsi sahəsində dünya lideri olan "A J Walter Aviation" şirkəti 2013-cü ilin sonunadək "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bütün təyyarə parkının rebrendinqini tamamlayacaq.
"A J Walter Aviation" AZAL-ın təyyarələrinin rebrendinqini həyata keçirəcək

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir E.İsmayılov/

Təyyarələrə texniki xidmət göstərilməsi sahəsində dünya lideri olan "A J Walter Aviation" şirkəti 2013-cü ilin sonunadək "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bütün təyyarə parkının rebrendinqini tamamlayacaq. Bu barədə Trend şirkətin rəsmi saytına istinadən məlumat verir.

Rebrendinqi cari ilin sonunda həyata keçirilməli olan AZAL-ın aviaparkı 18 təyyarədən ibarətdir. Onlar arasında "Airbus 319", "Airbus 320", "Boeing 757" və "Boeing 767" təyyarələri var. Rebrendinqə təyyarələrin rənglənməsi də daxildir.

Şirkətin texniki direktoru Dipak Şarma deyib: "Biz "Azərbaycan Hava Yolları" ilə uzunmüddətli əlaqələrimizi davam etdirməkdən məmnunuq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti