...

Azərbaycanda bu ilin I yarısında 27 subartezian quyusu qazılaraq istismara verilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2013 15:27 (UTC +04:00)
Azərbaycanda içməli sudan daha çox əziyyət çəkən yaşayış məntəqələrində su təchizatının yaxşılaşdırılması məqsədilə 2013-cü ilin yanvar-iyun ayları ərzində 27 subartezian quyusu qazılaraq istismara verilib.
Azərbaycanda bu ilin I yarısında 27 subartezian quyusu qazılaraq istismara verilib (FOTO)

Azərbaycan, Bakı, 30 iyul /Trend/

Azərbaycanda içməli sudan daha çox əziyyət çəkən yaşayış məntəqələrində su təchizatının yaxşılaşdırılması məqsədilə 2013-cü ilin yanvar-iyun ayları ərzində 27 subartezian quyusu qazılaraq istismara verilib.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Birləşmiş Sukanal" MMC-nin sifarişi əsasında Zaqatala, Yardımlı, Lerik, İsmayıllı, Goranboy, Ağdam, Balakən, Qazax, Ağcabədi və Samux rayonlarının kənd və qəsəbələrində qazılmış subartezian quyuları yerli əhalinin içməli suya olan tələbatının ödənilməsinə töhfəsini verib. Görülmüş işlər nəticəsində 24 yaşayış məntəqəsində 5 mindən çox sakinin içməli su təchizatı yaxşılaşıb.

Hazırda içməli su çatışmazlığı müşahidə olunan kənd və qəsəbələrdə su təchizatının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. "Birləşmiş Sukanal" MMC hazırda respublikanın 46 şəhər və rayon mərkəzi ilə yanaşı, 80 qəsəbə və 271 kənd yaşayış məntəqəsində 244 minədək abunəçiyə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti