...

"TuranBank"ın aktivləri 20 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2013 16:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

2013-cü il sentyabr ayının 1-nə "TuranBank"ın aktivləri 2012-ci ilin analoji dövrü ilə müqayisədə 21,02%, ilin əvvəli ilə müqayisədə isə 9,23% artaraq 237,111 mln. manat təşkil edib.

Bankdan Trend-ə verilən məlumata görə, hesabat tarixinə bankın kredit portfeli 2013-cü ilin əvvəli ilə müqayisədə 12,35%, 2012-ci ilin analoji dövrü ilə müqayisədə isə 21,51% artaraq 181,2 mln. manat təşkil edib.

Cari ilin yanvar-avqust ayları üzrə bankın müştəri hesabları və depozit portfeli 2012-ci ilin analoji dövrü ilə müqayisədə 10,19% artaraq 107,827 mln. manat təşkil edib. Depozit portfelinin strukturunda müddətli əmanətlər 2012-ci ilin analoji dövrü ilə müqayisədə 27,9% artaraq 65,325 mln. manat olub.

1 sentyabr 2013-cü il tarixinə bankın nizamnamə kapitalı 40 mln. manat təşkil etməklə ilin əvvəli ilə müqayisədə 33,3%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 68,1% artımla müşahidə olunub. Hesabat dövründə bankın məcmu kapitalı ilin əvvəli ilə müqayisədə 39,7%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 64,23% artaraq 44,506 mln. manat təşkil edib.

Bankın nizamnamə kapitalı strukturu ümumilikdə 27 səhmdar olmaqla - 5 hüquqi (23,84%) və 22 fiziki şəxsdən (76,16%) ibarətdir.

2013-cü ilin yanvar-avqust ayları üzrə fəaliyyət nəticələrinə əsasən bankın gəlirləri 17,792 mln. manat, xərcləri isə 14,178 mln. manat təşkil edib. Hesabat dövrü ərzində bankın balans mənfəəti 3,614 mln. manat olub.

"TuranBank" müştərilərə əlverişli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə, avtomobil və ipoteka kreditləri, eyni zamanda, "Sirlər Xəzinəsi" kampaniyası çərçivəsində yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.

Bankın beynəlxalq statuslu MasterCard plastik kartları öz rəqabətqabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. "TuranBank"ın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code, PİN Change və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda, bank müştərilərə əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir.

Hazırda bank öz müştərilərinə Western Union, Xpress Money, Contact, Migom, Zolotaya Karona, Privatmoney, Allure, Blizko, IBA-Express və Monex kimi geniş çeşidli təcili pulköçürmə sistemləri üzrə xidmət göstərir.

Bankın hazırda 14 xidmət nöqtəsi (onlardan 7-si regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatalada, Xaçmaz və Qazaxda olmaqla) və 20 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.

"TuranBank"ın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti