Gürcüstan, Tbilisi, 11 dekabr /Trend, müxbir N.Kirsxaliya/
Qars-Axalkalaki dəmiryolu magistralının tikintisi dayandırılmayıb. Trend-in məlumatına görə, bunu Gürcüstanın energetika naziri Kaxa Kaladze deyib.
Onun sözlərinə görə, mövcud layihə ilə bağlı heç bir problem yoxdur:
"Əvvəlcə müəyyən problemlər olub, lakin hazırda magistralın tikintisi adi rejimdə davam etdirilir. Bu, bizim ölkə üçün vacib layihədir. Layihə yaxın gələcəkdə tamamlanacaq".