...

Azərbaycan və İtaliya strateji tərəfdaşlıq haqqında saziş imzalamağa hazırlaşırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2013 14:01 (UTC +04:00)
Azərbaycan-İtaliya münasibətlərinin səviyyəsi tərəflər arasında strateji tərəfdaşlıq haqqında saziş imzalamağa imkan verir.
Azərbaycan və İtaliya strateji tərəfdaşlıq haqqında saziş imzalamağa hazırlaşırlar

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan-İtaliya münasibətlərinin səviyyəsi tərəflər arasında strateji tərəfdaşlıq haqqında saziş imzalamağa imkan verir. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə energetika naziri Natiq Əliyev Bakıda keçirilən iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-İtaliya hökumətlərarası komissiyasının iclasında deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan Xarici İşlər Nazirliyində bu sənəd üzərində iş gedir: "İtaliya hazırda Azərbaycan neftinin böyük hissəsinin alıcısıdır, müvafiq olaraq ölkənin əsas ticari-iqtisadi tərəfdaşlarından biridir".

N.Əliyev bildirib ki, tərkib hissəsi Trans-Adriatik qaz kəməri olan "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi ilə İtaliyanın 2 şirkəti də Azərbaycan qazının alıcılarından biri olacaq: "Bununla da enerji sektorunda tərəflər arasında əməkdaşlıq daha da möhkəmlənəcək".

Nazirin sözlərinə görə, İtaliya şirkətləri ölkənin enerji sektorunda iştirak etməklə yanaşı, həmçinin digər sahələrdə, o cümlədən tikinti sektorunda təmsil olunublar: "Buna misal olaraq "Codest İnternational" və "İmpreza" şirkətlərini göstərmək olar. Bu sektorlardan savayı tərəflər arasında sosial və nəqliyyat sahələrində əməkdaşlıq üçün imkan var".

N.Əliyev bildirib ki, kiçik və orta sahibkarlıq sahələrində əməkdaşlıq Azərbaycan üçün də sərfəli olacaq: "Bu, qeyri-neft sektorunun inkişafı yolunda əhəmiyyət kəsb edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti